Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Çin Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik Vu Qian səsləndirib.
Onun sözlərinə əsasən, Pekin bütün Afrika dövlətləri ilə hərbi əlaqələrini daha da genişləndirmək və onların təhlükəsizliyinin təminatında müsbət rol oynamaq arzusundadır.
“Afrika dövlətlərinin bir sıra xarici güclərin müstəmləkə siyasətinə qarşı mübarizə apardığı zaman da Çin bu mübarizəni dəstəkləyib. İndi də xarici təhlükələrə qarşı gücünü daha da artırmağa çalışdığı bir vaxtda Pekin yenə də Afrika ölkələrinin yanındadır. Hazırda qitənin onlarla ölkəsi ilə müzakirələr aparırıq. Afrikaya sonuna qədər hərbi dəstəyimizi əsirgəməyəcəyik. Bu əlaqələr bundan sonra da genişləndiriləcək”, - deyə o əlavə edib.
Dəyanət Ağalarlı
Ordu.az