Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sahə ilə bağlı araşdırmanı “Visiongain” jurnalı həyata keçirib.
Araşdırma ilə bağlı yayımlanan hesabatda göstərilir ki, sözügedən bazarın ötən il üçün orta illik artım göstəricisi 6,1 faiz təşkil edib.
Məlumata əsasən, son illər ərzində stabil olaraq artım tendensiyası nümayiş etdirən bazarın bu il üçün ümumi həcmi 28,1 milyard dollar olaraq göstərilib.
Proqnozlara görə qarşıdakı 10 il ərzində 6-7 faiz illik artım nümayiş etdirəcək hərbi kəşfiyyat, nəzarət və axtarış sistemləri bazarının 2028-ci il üzrə həcmi 50 milyard dolları keçəcək.
Qeyd edək ki, hazırda bu sahədə başlıca fərqlənən şirkətlər “BAE Systems”, “Boeing” və “Elbit Systems”dir.
Dəyanət Ağalarlı
Ordu.az