Lavrov: “ABŞ-la hərbi əməkdaşlığı genişləndirməyə hazırıq”

2018/08/1359700_1535723197.jpg
Oxunub: 2580     21:47     31 Avqust 2018    
“Rusiya və ABŞ arasında hərbi əlaqələrin genişləndirilməsi və bunun Yaxın Şərqə tətbiqi regiondakı problemlərin həllinə imkan verə bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov səsləndirib.

O qeyd edib ki, ölkəsi Vaşinqtonun sərt çıxışlarına baxmayaraq ABŞ-ı düşmən kimi qəbul etmir.

“Biz ABŞ-ı düşmən kimi qəbul etmirik. Hətta Yaxın Şərqdə və Şimali Afrikadakı problemlərin həlli üçün ABŞ-la hərbi əlaqələrin gücləndirilməsində olduqca maraqlıyıq. Qarşı tərəf də eyni həssaslığı göstərsə, şübhəsiz ki, sözügedən bölgələrdə sabitliyin əldə edilməsi uzun zaman almayacaq”, - deyə Lavrov əlavə edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Hərbi-Əlaqələr  


Bizi "telegram"da izləyin