Türkiyədə anti-terror əməliyyatlarında 15 nəfər saxlanılıb

2018/08/thumbs_b_c_75a5e8d155d68152a29b02aff1c4c886_1535720870.jpg
Oxunub: 2362     21:39     31 Avqust 2018    
Türkiyə polisi və jandarma qüvvələri ölkənin 14 vilayətində anti-terror əməliyyatları həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Daxili İşlər Nazirliyi yayıb.

Bildirilib ki, başda İstanbul olmaqla 14 vilayətdə paralel şəkildə həyata keçirilən əməliyyatlar nəticəsində axtarılan 52 şübhəli şəxsdən 15-i saxlanılıb.

Məlumata əsasən, saxlanılan şəxslərin FETÖ terror qruplaşması ilə əlaqədə olduğu ehtimal edilir.

Qeyd edək ki, geri qalan 37 şübhəlinin axtarışları davam etdirilir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   FETÖ   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin