Britaniya İraqa əlavə hərbi qüvvələr göndərəcək

2018/08/nintchdbpict0002482002501_1535722491.jpg
Oxunub: 2207     21:20     31 Avqust 2018    
Böyük Britaniyaya məxsus növbəti hərbi birliklər İraqa göndəriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Böyük Britaniya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, artıq İraqa göndəriləcək 600-ə qədər hərbçi missiyaya hazırlıq məqsədilə təlimlərə start verib.

Məlumata əsasən, NATO-nun İraq missiyasının genişləndirilməsi məqsədilə Böyük Britaniya Quru Qoşunlarının 3-cü batalyonunun “Rifles” bölüyü bu ölkəyə göndəriləcək.

Qeyd edək ki, ötən gün NATO-nun İraq missiyasının yeni komandiri fəaliyyətlərin effektivliyinin artırılması üçün əlavə hərbi qüvvəyə ehtiyac olduğunu bildirmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Böyük-Britaniya   İraq  


Bizi "telegram"da izləyin