Avstraliya HHQ yeni uçuş sınaq sistemlərini qəbul edir

2018/08/Japan_Test_Flight_CAT_A_2_1535719791.jpg
Oxunub: 4310     21:00     31 Avqust 2018    
Avstraliya Kral Hərbi Hava Qüvvələri yeni uçuş sınaq və nəzarət texnologiyası əldə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Avstraliya Müdafiə naziri Kristofer Payn bildirib.

O qeyd edib ki, yeni sistemlərin özəlliyi onların kabelsiz olmasındadır ki, bu da Hərbi Hava Qüvvələrinə ən çətin şəraitdə belə uçuşa nəzarət imkanı verir.

Məlumata əsasən təkmilləşdirilməsinə və istehsalına bu ana qədər 300 milyon dollardan çox xərc çəkilən yeni sistemlərin sınaqlarına başlanılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Uçuş-Sınaq-Sistemləri  


Bizi "telegram"da izləyin