Rusiya iki ildə orbitə 10 raket göndərəcək

2018/08/22391614955_5bbca255fa_k_1535719335.jpg
Oxunub: 2481     20:41     31 Avqust 2018    
Rusiya 2019-2020-ci illər ərzində 10 kosmik raket atışının həyata keçirilməsini planlaşdırır.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib.

“Energia Rocket and Space Corporation” şirkətinin rəsmiləri ilə görüşən Borisov atışların beşinin 2019, beşinin isə 2020-ci ildə baş tutacağını söyləyib.

Qeyd edək ki, Rusiya 2017-ci ildə 21 kosmik raket buraxılışını təşkil edib. Aprel ayında Rusiya dövlət kosmos korporasiyası “Roscosmos”un o zamankı sədri İqor Komarov bu il ərzində 30-dan çox buraxılışın planlaşdırıldığını elan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Roscosmos   Peyk  


Bizi "telegram"da izləyin