Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitriy Peskov danışıb.
Onun sözlərinə görə, sammitin keçirilmə yeri üçün əvvəlcə İranın Təbriz şəhəri razılaşdırılsa da, daha sonra İran görüşün Tehranda keçiriləcəyini bildirib.
Peskov həm də Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüş keçirəcəyinə dair yayılan xəbərləri də təsdiqləyib.
Qeyd edək ki, Tehran sammiti Suriya böhranı üzrə keçirilən üçüncü üçlü sammit olacaq. İlk görüş isə ötən il noyabrın 22-də baş tutub.
Ağalar Ağalarlı
Ordu.az