M1 ABŞ HHQ-nin T-38 təyyarələrini modernizasiya edəcək

2018/08/Снимок_1535715002.png
Oxunub: 3598     19:59     31 Avqust 2018    
M1 korporasiyası ABŞ Hərbi Hava Qüvvələrinin tərkibindəki T-38 təlim təyyarələrini modernizasiya edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı şirkətin mətbuat xidməti verib.

Bildirilib ki, tərəflər arasında təyyarələrin təmiri ilə bağlı müzakirələr uzun müddətdir aparılsa da, rəsmi müqavilə bu gün səhər imzalanıb.

Məlumata əsasən, ümumi dəyəri 23,4 milyon dollar olan layihə çərçivəsində şirkət ABŞ HHQ-nin tərkibindəki 20-ə qədər T-38 təlim təyyarəsini modernizasiya edəcək.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   T-38   Modernizasiya  


Bizi "telegram"da izləyin