Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə regional hüquq mühafizə orqanlarına yaxın mənbə bildirib.
Mənbənin sözlərinə görə, ilkin yayılan məlumatda partlayış nəticəsində azı 3 nəfərin həlak olduğu, daha iki nəfərin isə yaralandığı bildirilib. Üstəlik 3 nəfər isə itkin düşüb.
O, zavodun emalatxanalarından birində partlayıcı qurğunun partladığını, buna isə texnoloji prosesin səbəb olduğunu söyləyib. Partlayışdan sonra meydana gələn yanğın təqribən 100 kvadrat-metr sahəni əhatə edib.
Qeyd edək ki, “Sverdlov zavodu Rusiyada mina sənayesi üçün partlayıcı qurğular, detonatorlar, gücləndiricilər istehsal edən ən böyük zavoddur.
Ağalar Ağalarlı
Ordu.az