Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti yayıb.
Bildirilib ki, təlimlərin əsas məqsədi husi qiyamçılarına qarşı aparılan əməliyyatların effektivliyini yüksəltməkdir.
Belə ki, sentyabrın 24-dən etibarən start götürəcək təlimlər zamanı Yəməndə keçiriləcək potensial əməliyyatlarda iştirak planlaşdırılan 200-ə qədər Səudiyyə hərbçisi iştirak edəcək.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahillərində həyata keçiriləcək təlimlərlə bağlı ABŞ HHQ-nin 20 pilotu Ər-Riyada gəlib.
Dəyanət Ağalarlı
Ordu.az