Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Emin Səfərov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi dəyərlərin təbliği fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev iştirak edərək şəxsi heyət qarşısında çıxış ediblər.
Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, “Azərbaycanda ənənəvi islam və xarici təsirlər”, “Dini radikalizm və islam dünyası” mövzularında çıxış edən C.Əliyev sonda hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıb.
Ordu.az