Ordu.az “TOLO News”a istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi Qafur Əhməd Cavid bildirib.
O qeyd edib ki, Fəryabda yerləşən daha bir ordu bazası “Taliban” qiyamçılarının şiddətli hücumuna məruz qalıb.
Məlumata əsasən, hücum nəticəsində bazadakı ordu qüvvələrinin 4 hərbçisi həlak olub.
Qeyd edək ki, Əhməd Cavid ordunun müqavimət göstərmədən geri çəkilməsi ilə bağlı yayılan iddiaların araşdırılacağını və əgər belə bir hal yaşanıbsa lazım olan kəslərə lazım olan cəzanın veriləcəyini bildirib.
Dəyanət Ağalarlı
Ordu.az