Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib.
“Rusiya Coğrafiya Cəmiyyətinin dəstəyi ilə Şimal filotiliyasının Arktika briqadası Novaya Zemlya arxipelağında əhatəli ekspedisiyaya davam edir. Ekstremal şəraitdə onlar yeni nəsil avadanlıq və naviqasiya alətlərini sınaqdan keçirirlər”, - deyə Şoyqu vurğulayıb.
Açıqlamadan sonra, Müdafiə naziri digər rəsmilərlə qapalı qapılar arxasında Şimal filotiliyasının döyüş qabiliyyətlərini müzakirə edib.
Ağalar Ağalarlı
Ordu.az