Ordu.az Pentaqonun mətbuat xidmətinə istinadən xəbər verir ki, layihə 2050-ci ilə kimi mərhələli şəkildə təqdim ediləcək.
Belə ki, qeyd olunan tarixə kimi 4 müxtəlif mərhələdən keçirilərək hazırlanacaq yeni mühərrik sistemləri ümumi enerji tələbatını 75 faizə qədər azaldacaq.
Məlumata əsasən, ilk mərhələdə 20 faiz enerji qənaətinə imkan verən yeni mühərriklərin istehsalı üçün 2024-cü ilə qədər 4 milyard dollar vəsait xərclənəcək.
Qeyd edək ki, sözügedən mühərriklər müxtəlif versiyalarda istehsal ediləcək ki, bununla da onların ordudakı bütün təyyarələrə inteqrasiyası mümkün olacaq.
Dəyanət Ağalarlı
Ordu.az