Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, hazırda Suriya ərazisinin təxminən 0,4 faizini əlində saxlayan İŞİD hazırda mövcudluğunu əsasən strateji Əl-Səfa dağlarında davam etdirir.
Rəsmi məlumata görə son 3 gündə həyata keçirilən əməliyyatlar zamanı sözügedən regionda İŞİD-in nəzarətində saxlanılan ərazilərin üçdə ikisi azad edilib, 60-dan çox terrorçu isə məhv edilib.
Suriya Müdafiə Nazirliyi əməliyyatların artıq yekun mərhələdə olduğunu və qısa zamanda terrorçuların müqavimətinin tamamilə qırılacağını bildirib.
Dəyanət Ağalarlı
Ordu.az