Tramp Pompeonun KXDR səfərini ləğv edib

2018/08/456456_1535178514.jpg
Oxunub: 3095     14:26     25 Avqust 2018    
ABŞ prezidenti Donald Tramp Dövlət katibi Mayk Pompeonun ötən gecə üçün Şimali Koreyaya planlaşdırılan səfərini ləğv edib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, Tramp bu barədə özünün “Twitter” hesabında qeyd edib.

Tramp öz tvitində bunun səbəbini Şimali Koreya lideri Kim Çen Inla sammitdə əldə olunan nüvəsizləşdirmə razılığı istiqamətində əhəmiyyətli nəticənin əldə edilməməsi ilə açıqlayıb.

“Mən Dövlət katibi Mayk Pompeodan belə bir vaxtda Şimali Koreyaya getməməsini xahiş etdim. Çenki, hiss edirəm ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində ciddi bir irəliləyiş əldə etməmişik”, - deyə Tramp qeyd edib.

Tramp bununla da ilk dəfə olaraq açıq şəkildə Pxenyanın nüvəsizləşdirilməsi istiqamətində etdiyi cəhdlərin nəticə vermədiyini etiraf edib. O, bunda qismən Çini günahkar hesab edib və buna görə də, rəsmi Pekinlə ticarət mübahisəsi həll edilmədiyi müddətcə Şimali Koreya ilə aparılan danışıqların müvəqqəti olaraq dayandırıla biləcəyini bildirib.

Buna baxmayaraq Tramp hələ də Kim Çen Inla ikinci bir sammitin həyata keçirilməsini mümkün hesab edib. Sözügedən məsələlərlə bağlı KXDR-in BMT yanındakı daimi nümayəndəsinə sorğu ünvanlansa da, onlar bu barədə açıqlama verməkdən imtina ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Pompeo   KXDR  


Bizi "telegram"da izləyin