Vuçiç: "Serbiya Ordusunda çağırış əsasında hərbi xidmət 2027-ci ilin martından bərpa ediləcək"

2026/02/1771166392.jpg
Oxunub: 175     14:41     28 İyun 2026    
Serbiya Silahlı Qüvvələrində çağırış əsasında hərbi xidmət 2027-ci ilin mart ayından etibarən bərpa olunacaq.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bu barədə respublikanın Prezidenti Aleksandar Vuçiç bildirib.

"Ordumuz getdikcə daha güclü olur və çağırış üzrə hərbi xidmət başlayanda biz daha da güclü olacağıq. Martdan etibarən bizdə qısa müddətli hərbi xidmət olacaq", - dövlət başçısı Serbiya Ordusunun silahlanmasına baxış zamanı qeyd edib.

Xatırladaq ki, daha əvvəl Vuçiç çağırış üzrə hərbi xidmət müddətinin 75 gün olacağını bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   Serbiya   Ordu  


Bizi "telegram"da izləyin