İsrail qüvvələri "Hizbullah"a məxsus böyük yeraltı obyekti dağıdıb

2026/03/1774080864.jpg
Oxunub: 253     04:43     29 İyun 2026    
İsrail qüvvələri Livanın cənubunda "Hizbullah"a məxsus böyük yeraltı obyekti dağıdıb.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında bildirilib.

Onların məlumatına görə, obyekt Məcdəl Zun şəhəri yaxınlığında yerləşib. Belə ki, 200 metrdən çox uzunluğunda və 25 metrdən çox dərinlikdə yerləşən tuneldə yüzlərlə silah və İsrail ərazisinə zərbələr endirmək üçün nəzərdə tutulmuş bir neçə buraxılış qurğusu olub.

Bəyanatda qeyd olunub ki, İsrail əməliyyatdan əvvəl ABŞ-ı və Livandakı Amerika nümayəndəsini xəbərdar edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah   Livan  


Bizi "telegram"da izləyin