İran Fars körfəzi ölkələri ilə dialoq aparmağa hazır olduğunu bəyan edib

2026/03/1773660373.jpg
Oxunub: 223     09:36     29 İyun 2026    
İran Fars körfəzi ölkələri ilə regional təhlükəsizliyin təmin edilməsi məqsədilə dialoq aparmağa hazır olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi “Press TV”yə açıqlamasında danışıb.

Nazirin sözlərinə görə, Tehran Fars körfəzi ölkələri ilə əməkdaşlıq ideyasını dəstəkləyir və kollektiv təhlükəsizlik mexanizminin yaradılması üçün körfəz sahilində yerləşən dövlətlərlə dialoq aparmağa hazırdır. Bildirilib ki, bu mexanizm müstəqil olmalı, qarşılıqlı razılığa əsaslanmalı və xarici hərbi müdaxilədən kənar qalmalıdır.

“Press TV” qeyd edib ki, Əraqçi bu açıqlamaları Bağdadda İraq Prezidenti Nizar Əmədi, parlament sədri Heybət əl-Həlbusi və milli təhlükəsizlik məsələləri üzrə müşavir Qasım əl-Əraci ilə keçirdiyi görüşlər zamanı səsləndirib.

İran XİN rəhbəri regionda əməkdaşlıq və qarşılıqlı etimada əsaslanan yeni təhlükəsizlik yanaşmasının formalaşdırılmasına çağırış edib.

Əraqçi Hörmüz boğazının gələcək idarə olunmasına da toxunaraq bildirib ki, İran öz öhdəliklərinə və ABŞ ilə əldə olunmuş qarşılıqlı anlaşma memorandumuna uyğun şəkildə zəruri addımlar atacaq. O əlavə edib ki, Tehran qonşu sahilyanı dövlət kimi Omanla əməkdaşlığı davam etdirəcək və regionun digər ölkələri ilə dialoqu genişləndirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Əraqçi  


Bizi "telegram"da izləyin