Putin Ukraynadan daxil olan iki yeni təklif barədə danışıb

2026/06/1780599371.jpg
Oxunub: 225     09:11     29 İyun 2026    
Rusiya Prezidenti Vladimir Putin son günlər Ukrayna hakimiyyətindən hərbi əməliyyatların məhdudlaşdırılmasına dair iki yeni təklif aldıqlarını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Moskovski Komsomolets” nəşri məlumat yayıb.

Putinin sözlərinə görə, ilk təklif hər iki tərəfin cəbhədən uzaq ərazilərə endirdiyi zərbələrin dayandırılmasını nəzərdə tutur. “Bizim Ukraynanın dərinliklərinə endirdiyimiz cavab zərbələri Kiyevin Rusiya ərazisinin dərinliklərinə endirdiyi zərbələrdən daha güclü və daha həssasdır”, - deyə o bildirib.

İkinci təklif isə hərbi əməliyyatların yalnız Xerson, Zaporojye vilayətləri, Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası ilə məhdudlaşdırılmasını, digər istiqamətlərdə isə dayandırılmasını nəzərdə tutur.

“Bu, Ukrayna Silahlı Qüvvələrinə Nikolayev, Dnepropetrovsk, Xarkov və Sumı vilayətlərindəki qüvvələrini çıxararaq həmin istiqamətlərə köçürməyə imkan verəcək”, - deyə Putin bildirib.

Rusiya Prezidenti vurğulayıb ki, Kiyevin bu cür təkliflərlə hansı məqsədi güddüyü aydındır, lakin Moskvanın planlarına “Kiyev rejimini xilas etmək” daxil deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin