Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə federal polisin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əməliyyat Kərkükün bir neçə bölgəsində eyni zamanda aparılıb. Əməliyyat nəticəsində 4 terrorçu məhv edilməklə yanaşı,onlara məxsus sığınacaqlar da dağıdılıb.
Bundan başqa terror aktı törətməyi planlaşdırılan iki terrorçu ələ keçirilib və onlardan alınan bomba zərərsizləşdirilib.
Dəyanət Ağalarlı
Ordu.az