Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Pentaqonun mətbuat xidməti yayıb.
Bildirilib ki, ilkin olaraq Yaponiyaya 120, Polşaya 46 ədəd AMRAAM raketi təhvil verilib.
Həmçinin raketlərlə yanaşı “Raytheon Missile” şirkəti telemetrik avadanlıqlar və ehtiyat hissələrinin də ilkin seriyasını bu dövlətlərə təhvil verib.
Qeyd edək ki, bu, 634,2 milyon dollarlıq layihənin ilkin 25 faizlik hissəsini təşkil edir. Şirkət 31 yanvar 2020-ci ilədək daha 3 belə təhvil-təslim işləri icra etməlidir.
Ordu.az