Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu iddianı agentliyin rəhbər şurasının üzvü Vadim Skibitiski bildirib.
O qeyd edib ki, hazırda Rusiya Donbasda seperatçıların nəzarətində olan bölgələrə çox sayda silah-sursat və hərbi ləvazimatlar yerləşdirib.
“Hazırda Donbasın ordu nəzarətində olmayan bölgələrində Rusiyaya məxsus çox sayda hərbi texnika və silah-sursat yerləşdirilib. Əldə etdiyimiz kəşfiyyat məlumatları onu göstərir ki, Moskva yaxın günlərdə buraya 2 mindən çox hərbi qüvvə göndərməyi planlaşdırır”, - deyə o əlavə edib.
Dəyanət Ağalarlı
Ordu.az