Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Londonda yerləşən Suriya İnsan Hüquqları Müşahidəçi Qrupu bildirib.
Qeyd olunub ki, ABŞ-a məxsus 150-ə qədər silah-sursatla dolu döyüş maşınından ibarət hərbi karvan Hasakanın cənubundakı Əl-Şədədi şəhərinə doğru istiqamətlənib.
Məlumata əsasən, hərbi karvan burada qurulacaq hərbi aviabazada yerləşdiriləcək.
Qeyd edək ki, aviabazanın bölgədəki hava əməliyyatlarında istifadə edilməsinin planlaşdırıldığı bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az