Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə paytaxt Dəməşq yaxınlığında yerləşən Əl-Kisvəh şəhəri yaxınlığında baş verib.
Məsələ ilə bağlı Suriya Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Suriya hava hücumundan müdafiə sistemləri şəhərin şimalından müxalif qüvvələrin həyata keçirdiyi hava hücumunu uğurla dəf edib.
Məlumatda hücumun raket, təyyarə, yaxud dronla edilməsi ilə bağlı heç bir qeyd edilməyib.
Qeyd edək ki, bu, 2014-cü ildən bu yana Suriyaya məxsus hava hücumundan müdafiə sistemlərinin aktiv döyüş zamanı ilk istifadəsidir.
Dəyanət Ağalarlı
Ordu.az