Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.
Bildirilib ki, müqaviləyə əsasən şirkət ABŞ HHQ üçün 260 ədəd “Paveway” raketi istehsal edəcək.
Məlumata əsasən ümumi dəyəri 110 milyon dollar olan layihə 9 fevral 2029-cu il tarixinə kimi yekunlaşdırılmalıdır.
Qeyd edək ki, layihə üzrə işlər şirkətin Florida ştatında yerləşən mərkəzində həyata keçiriləcək.
Dəyanət Ağalarlı
Ordu.az