“ABŞ ilkin vədlərinə sadiqlik göstərmir” – Ruhani

2018/08/8_1533822596.jpg
Oxunub: 200     17:51     09 Avqust 2018    
“Son bir neçə on il ərzində ABŞ hökumətinin tətbiq etdiyi siyasi xətt onun etibarsız ölkə kimi tanınmasına səbəb olub”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İran prezidenti Həsən Ruhani KXDR Xarici İşlər naziri Ri Yonq Ho ilə Tehranda keçirilən ikitərəfli görüşü zamanı bildirib.

O qeyd edib ki, ABŞ son dövrlərdə bağladığı bir çox sazişin daha sonra əleyhinə mövqe tutub.

“Bunların ən bariz nümunəsi İran və Qərb arasında əldə edilən nüvə sazişi idi. Biz vədimizə sadiqlik göstərərək nüvə proqramımızı dondurduq. ABŞ-dan da eyni həssaslığı gözləyərdik, lakin olmadı. Ona görə də qeyd etməliyəm ki, son bir neçə on il ərzində həyata keçirilən ABŞ siyasəti bu ölkənin etibarsız və xilafkar ölkə kimi tanınmasına səbəb olub”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: İran-ABŞ   Sanksiya  

Xəbər lenti

“ABŞ ilkin vədlərinə sadiqlik göstərmir” – Ruhani

2018/08/8_1533822596.jpg
Oxunub: 201     17:51     09 Avqust 2018    