Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı ABŞ ordusunun generalı Yozef Votel bildirib.
O qeyd edib ki, İranın atdığı addımlar onu göstərir ki, onları sanksiyalarla yola gətirmək o qədər də asan məsələ olmayacaq.
“Tehran Trampın sanksiyalarla bağlı verdiyi qərardan sonra daha kəskin mövqe tutmağa başlayıb. Bu onu göstərir ki, Vaşinqtonun sanksiyalarla təzyiq metodu artıq qısa perspektivdə effektiv olmur. Lakin hələki Tehran rejimi bunun ciddi təsirlərini görməyib deyə təlimlər keçirmək və digər bu kimi pafoslu layihələrlə cavab verirlər. Bir müddət sonra sanksiyaların əsl təsirini görəcəyik”, - deyə o bildirib.
Dəyanət Ağalarlı
Ordu.az