Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən terrorçu qruplaşmanın Əfqanıstandakı qolunun ən önəmli fiqurlarından hesab olunurdu.
Bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Əfqanıstan Xüsusi Təyinatlılar korpusunun Hilməndin cənubunda Cərmşir şəhərində həyata keçirdiyi əməliyyat nəticəsində 7 “Əl-Qaidə” terrorçusu məhv edilib.
Əməliyyat nəticəsində terrorçulara məxsus çox sayda silah-sursat aşkarlanaraq müsadirə edilib.
Dəyanət Ağalarlı
Ordu.az