Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Pentaqonun mətbuat xidməti yayıb.
Bildirilib ki, şirkət müqaviləyə əsasən ABŞ HHQ-nin tərkibindəki UH-60A/L “Black Hawks” helikopterlərini “Doppler” naviqasiya sistemlərinin yenilənmiş versiyası ilə təchiz edəcək.
Məlumata əsasən ABŞ layihə qarşılığında “BAE Systems”ə 226 milyon dollar ödəyəcək.
Qeyd edək ki, 250 ədəd helikopteri əhatə edən modernizasiya işləri 2019-2020-ci illərdə mərhələli şəkildə keçiriləcək.
Dəyanət Ağalarlı
Ordu.az