SOHR: Xüsusi əməliyyatlarla 211 terrorçu məhv edilib (HESABAT)

2018/08/Jihadist-idiots_1533731690.jpg
Oxunub: 2330     19:57     08 Avqust 2018    
Suriya İnsan Hüququları Müşahidəçi Qrupu (SOHR) müxtəlif terror qruplaşmalarının önəmli fiqurlarına qarşı aparılan xüsusi əməliyyatlarla bağlı hesabat yayımlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hesabat bu ilin 26 aprelindən sonrakı tarixi əhatə edir.

Bildirilib ki, 26 aprel – 31 iyul tarixləri arasında keçirilən xüsusi təyinatlı əməliyyatlar nəticəsində “Hayat Təhrir Əş-Şam”, İŞİD və bir neçə kiçik terror qruplaşmalarının 211 önəmli fiquru məhv edilib.

Zərərsizləşdirilən terrorçulardan 182-si suriyalı, 29-u isə xarici terrorçu olub.

Bundan əlavə daha 23 uğursuz əməliyyat da keçirilib ki, bu əməliyyatlarda hədəflənən terrorçuların məhv edilməsi mümkün olmayıb.

Qeyd edək ki, əməliyyatlar əsasən, Suriya, Türkiyə, ABŞ və İsrail kəşfiyyat qrupları tərəfindən keçirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin