Deyr Əz Zor əməliyyatları sona çatdı: Yekun Xəritə

2018/08/4819e4406ed91d3ca61137b12eec69f2f84ea6df_1533709763.jpg
Oxunub: 3834     14:23     08 Avqust 2018    
Suriya ordusu Deyr Əz-Zorda İŞİD-ə qarşı keçirdiyi əməliyyatları uğurla yekunlaşdırıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ötən gün keçirilən əməliyyatlardan sonra İŞİD-in bölgədə nəzarətdə saxladığı sonuncu məntəqə olan Əlbukamal şəhəri də tam olaraq azad edilib.

Bununla da ordu qüvvələri Deyr Əz-Zora əməliyyatlarını da yekunlaşdırıb. Məlumata əsasən, son 48 saatda 60-dan çox İŞİD üzvü məhv edilib.

Qeyd edək ki, hazırda terrorçu qruplaşmanın müxtəlif bölgələrdə nəzarətdə saxladığı ərazilər ölkənin ümumi ərazisinin 1 faizindən daha azını təşkil edir.



Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Deyr-Əz-Zor   İŞİD   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin