Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, ordunun Homs vilayətinin şərqində yerləşən hərbi bazasına PUA təhdidi edilib.
Açıqlamada uçuş vasitəsinin vurulub-vurulmaması ilə bağlı rəsmi məlumat qeyd olunmasa da, bir sıra yerli mənbələr PUA-nın məhv edilməsinin mümkün olmadığını bildirib.
Qeyd edək ki, bəyanatda uçuş aparatının kimə aid olduğunun bilinmədiyi, lakin onun Rusiyanın Hmeymimə edilən İŞİD hücumları zamanı istifadə edilən PUA-larla eynilik təşkil etdiyi bildirilib.
Dəyanət Ağalarlı
Ordu.az