"Raytheon" ABŞ-ın AMRAAM raketlərini modernizasiya edəcək

2018/08/_20180807_214424_1533663976.jpg
Oxunub: 4049     01:28     08 Avqust 2018    
"Raytheon" firması AMRAAM raketlərinin modernizasiyasına dair ABŞ Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müqavilənin dəyəri 13,1 milyon dollardır. Müqavilə əsasında şirkət sözügedən raketlərə texniki dəstək xidməti təmin edəcək.

Müqavilədə nəzərdə tutulan işlər ABŞ-ın Tukson şəhərində həyata keçiriləcək və 2020-ci ildə tamamlanacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Raytheon   ABŞ   AMRAAM  


Bizi "telegram"da izləyin