Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, konfrans Pakistanın Kəraçi şəhərində baş tutub.
Rəsmi məlumata əsasən konfransda 35-ə qədər dövlətdən nümayəndə heyəti iştirak edib.
Məsələ ilə bağlı Pakistan donanmasının mətbuat xidmətindən verilən məlumata görə konfransda təlimlərin növbəti ilin ilk rübündə Pakistanda keçirilməsinə qərar verilib.
Qeyd edək ki, 2007-ci ildən müəyyən fasilələrlə keçirilən təlimlərin 6-cısı olacaq AMAN-2019, Ərəbistan dənizinin şimalında Pakistan sahillərində keçiriləcək.
Dəyanət Ağalarlı
Ordu.az