Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, parad Ukraynanın müstəqlliyini əldə etdiyi 24 avqust tarixində baş tutacaq.
Məsələ ilə bağlı Ukrayna Müdafiə naziri Stepan Poltorakın verdiyi açıqlamada qeyd olunub ki, Kiyevdə keçiriləcək təlimlərdə 250-ə qədər döyüş texnikası təqdim ediləcək.
Məlumata əsasən 4500-ə qədər hərbçinin iştirakı ilə keçiriləcək hərbi təlimlərdə müxtəlif qoşun növlərindən 24 bölük iştirak edəcək.
Qeyd edək ki, paradda bir sıra yeni və modernizasiya edilən silahların təqdim edilməsi gözlənilir.
Dəyanət Ağalarlı
Ordu.az