Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı Rusiya donanmasının admiralı Viktor Bursuk bildirib.
O qeyd edib ki, debütünü 28 iyulda donanma paradında edən gəminin “Burevestnik” sinfinə daxildir.
Şimal diviziyasının tərkibinə verilən gəmi sualtı gəmi əleyhinə raketlə, hava hücumundan müdafiə sistemi ilə təchiz edilib.
4500 ton həcmə sahib 135 metr uzunluqda və 16 metr genişlikdəki "Admiral Qorşkov" 130 mm-lik atıcı silahlar inteqrasiya edilib.
Admiral 3D radar sisteminə sahib bu gəmini Rusiya donanmasının ən innovativ döyüş gəmilərindən biri kimi xarakterizə edib
Dəyanət Ağalarlı
Ordu.az