SQQ Sveydədə İŞİD müqavimətini qırmaq üzrədir

2018/08/SAA-tank-in-desert-768x415_1533640919.jpg
Oxunub: 3522     18:22     07 Avqust 2018    
Suriya Quru Qoşunları Sveydənin şərqində İŞİD-ə qarşı əməliyyatlarını davam etdirir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda əməliyyatların mərkəzi Şinvən və Əl-Səqiyəh şəhərləridir.

Məsələ ilə bağlı Suriya Müdafiə Nazirliyindən bildirilən məlumatda qeyd olunub ki, Quru Qoşunların tərkibindəki 4-cü zirehli tank diviziyası bu gün səhərdən etibarən sözügedən şəhərlərdəki İŞİD mövqelərinə 20-dən çox artilleriya zərbəsi endirib.

Rəsmi məlumata əsasən, zərbələr nəicəsində azı 12 terrorçu məhv edilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   İŞİD   Sveydə   Terrorla-Mübarizə  


Bizi "telegram"da izləyin