Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşdirilmiş Qüvvələr Əməliyyatı mətbuat xidmətinin yayımladığı hesabatda qeyd olunub.
Bildirilib ki, bu ilin yanvar-iyul ayları ərzində Donbasda seperatçıların nəzarətindəki ağır silahların sayı 200-ü keçib ki, bu da ötən ilin yekun göstəricisinə nisbətdə 8 dəfə artımın olduğunu deməyə imkan verir.
Qeyd edək ki, Ukrayna hərbçiləri bu müddət ərzində 70-ə qədər ağır silahı seperatçılardan müsadirə edib.
Dəyanət Ağalarlı
Ordu.az