Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gəmilər hazırda Tartus limanına yaxınlaşır.
Məsələ ilə bağlı Bosfor müşahidəçi heyətinin açıqlamasında qeyd olunub ki, bir neçə saat öncə çox sayda hərbi texnika və silah-sursatla yüklənən Rusiyaya məxsus LSTM Azov 151 gəmisi Bosfor boğazını keçib.
Bildirilir ki, gəmidəki hərbi yükün ümumi çəkisi 450 ton olub.
Qeyd edək ki, bu, il ərzində Rusiyadan Suriyaya göndərilən 6-cı hərbi dəstəkdir.
Dəyanət Ağalarlı
Ordu.az