Hindistan Rusiyadan alınacaq S-400-lə bağlı ABŞ-la müzakirələr aparacaq

2018/08/Снимок_1533630211.png
Oxunub: 4108     15:42     07 Avqust 2018    
Hindistan Rusiyadan S-400 HHM sistemlərinin alınması ilə bağlı planlarını ABŞ-la müzakirə etmək məqsədilə Vaşinqtona nümayəndə heyəti göndərəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Hindistan hökumət mənbələri yayıb.

Bildirilib ki, Dehlinin Rusiyadan hərbi məhsullar idxal etmək planlarına Vaşinqtonun kəskin etirazları Hindistanın narahatlığına səbəb olub.

Buna görə də hələlik tərkib açıqlanmayan geniş nümayəndə heyəti bu məsələ ilə bağlı müzakirələrin aparılması üçün ABŞ-a göndəriləcək.

Qeyd edək ki, nümayəndə heyətinin Vaşinqtonda Ceyms Mettis və bir sıra digər yüksək səviyyəli ABŞ nümayəndələri ilə görüşləri planlaşdırılır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan   S-400  


Bizi "telegram"da izləyin