Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İsrailin Rusiyadakı səfiri Qari Koren bildirib.
O qeyd edib ki, Rusiya Suriyanın bölgədə atəşkəs rejiminə əməl edəcəyi ilə bağlı Təl-Əvivə vəd verib.
“Biz razılığa gəldik ki, İsrail-Suriya sərhədi böoyunca müşahidə zonası formalaşdıraq. Rusiya bunun qarşılığında Suriyanın 1974-cü il razılığına əsaslanaraq atəşkəs rejiminə əməl edəcəyini vəd edib. Lakin biz bunu yetərli hesab etmirik. İran hərbi qüvvələri Suriyanı tərk etdikdə vəziyyət bizim üçün tam arzuolunan olacaq”, _ deyə o qeyd edib.
Dəyanət Ağalarlı
Ordu.az