“ABŞ-KXDR münasibətləri yenidən gərginləşə bilər” – Rusiyalı politoloq

2018/08/President-Trump-shakes-hands-with-Kim-jong-Un_1533567401.jpg
Oxunub: 3309     01:54     07 Avqust 2018    
"ABŞ və KXDR arasında danışıqların uğurla yekunlaşdırılacağını iddia etmək bir o qədər də analizə söykənən fikir deyil".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Rusiyalı politoloq Georgi Toloraya bildirib.

O qeyd edib ki, bu məsələnin effektiv şəkildə yekunlaşdırılacağına olan ümidlər ehtimal ki, o qədər də dərin analizlərə söykənmir.

“Bu sadəcə keçici razılıqdır. Şimali Koreya ABŞ-ın sanksiyalarının daha uzun müddət davam etdirilməsinə razılaşmayacaq və buna haqqı da çatır. ABŞ isə hər zamankı kimi məsələni özü diqtə etməyə çalışacaq. Belə ki, Şimali Koreyanın hərbi gücünü azaltması ilə bağlı öhdəliklərini tam olaraq yerinə gətirməyəcəyi müddətcə sanksiyaları qaldırmamaqda israrlıdır. Tələblərin tam olaraq yerinə gətirilməsi isə bir neçə il zaman alacaq. Məhz bu da məsələni çıxılmaz hala salır. Tərəflərdən birinin tələbi qarşılanmaz olaraq qalacaq ki, bu halda da aradakı isti münasibətin maksimum il sonuna qədər davam edə biləcəyini deyə bilərik”, - deyə politoloq bidlirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   KXDR  


Bizi "telegram"da izləyin