KXDR-də yeni Baş Qərargah rəisi təyin edilib

2018/07/756_1532684824.jpg
Oxunub: 2247     18:17     27 İyul 2018    
Şimali Koreya rəhbəri Kim Çen In ordunun yeni Baş Qərargah rəisi vəzifəsinə Ri Yonq Gili təyin edib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət televiziyasında bildirilib.

Kim Çen Inın öz diqqətini iqtisaidiyyata cəmləməsi və Birləşmiş Ştatlarla diplomatiya yolunu seçməsilə, öncəki yaşlı və konservativ rəsmiləri dəyişməyə başladığı bildirilir.

Yeni Baş Qərargah rəisinin 2016-cı ildə Baş Qərargah rəisinin müavini vəzifəsinə gətirildiyi və bundan öncə isə dörd ulduzlu zabit olduğu bildirilir.

Kim Çen Inın hərbi rəhbərlikdə yaş həddini gəncləşdirmə yolunu tutduğu qeyd olunub. Belə ki, yeni təyin olunan Baş Qərargah rəisi, Müdafiə naziri və Siyasi Büronun hərbi bölməsinin sədri öz sələflərindən daha gəncdirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   BQ-rəisi  


Bizi "telegram"da izləyin