Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Əsəd Moskvanın 2015-ci ildə Suriyadakı müdaxiləsinin Suriya ordusunun terror təhdidini aradan qaldırmasına kömək etdiyini bildirib.
Onun sözlərinə görə, ölkənin böyük bir hissəsi terrorçulardan azad olunsa da, Rusiya ordusuna duyulan ehtiyac hələ də qalmaqdadır.
“Rusiya Silahlı Qüvvələri regionumuzda, ən azında Yaıxn Şərqdə balansın saxlanması üçün əhəmiyyətlidir. Bu, dünyadakı siyasi vəziyyətin dəyişmədiyi müddətcə belə olacaq”, - deyə Əsəd bildirib.
Ağalar Ağalarlı
Ordu.az