Colan təpələrində Suriya bayrağı dalğalandırılıb

2018/07/Снимок_1532676991.png
Oxunub: 2475     15:22     27 İyul 2018    
Suriya ordusu İsraillə sərhəd Əl-Küneytrə bölgəsində yerləşən Colan təpələrinə nəzarəti ələ alıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Suriya Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, ordu qüvvələri Colan təpələrinin Suriyaya məxsus hissəsində ötən gün aparılan intensiv əməliyyatlar nəticəsində müxalifləri ərazidən çıxarıb.

Ordu qüvvələri 2014-cü ildə bu yana ilk dəfə olaraq nəzarəti ələ aldıqları bölgədə dərhal ərazidə reydlərə başlayıb.

Qeyd edək ki, Colan təpələrinə nəzarətin ələ keçirilməsi ilə Suriya ordusu İsraillə sərhəd zonların azad edilməsi missiyasını yekunlaşdırıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Küneytrə   Colan-Təpələri  


Bizi "telegram"da izləyin