Trampın Kosmik Qüvvələri 2019-cu il müdafiə büdcəsindən kənarda qalıb

2018/07/5345_1532676515.jpg
Oxunub: 3322     15:01     27 İyul 2018    
ABŞ Konqresinin üzərində razılığa gəldiyi müdafiə büdcəsinin son versiyasında ABŞ prezidenti Donald Trampın yaradılmasını istədiyi Kosmik Qüvvələri Komandanlığı üçün maliyyə ayrılması nəzərdə tutulmayıb.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, müdafiə büdcəsində sadəcə kosmik müharibə siyasətinin hazırlanması göstərilib.

Qeyd edək ki, ötən il Donald Tramp Kosmos Qüvvələri Komandanlığının yaradılması ilə bağlı fikirlər irəli sürsə də, ABŞ-da belə bir qərarın qəbul edilməsi hüququ Konqresə məxsusdur.

Lakin bu həftənin çərşənbə günü Tramp özünün bu ideyası barədə yenidən açıqlama verib: “Mənim fikirlərim hər zaman ordumuzun və onun gücünün yanındadır. Buna görə də, növbəti il üçün 716 milyard dollarlıq müafiə büdcəsinə sahib olmağımızla qürur duyuram. Xüsusilə Pentaqona Kosmik Qüvvələrinin yaradılması ilə bağlı göstəriş vermişəm. Biz artıq fərqli dünyada yaşayırıq, həmin dünyaya adaptasiya olmalıyıq”.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Kosmik-Qüvvələr  


Bizi "telegram"da izləyin