İsrail Qərb Sahilinə əlavə qüvvələr cəmləyib

2018/07/6_1532673432.jpg
Oxunub: 1944     14:36     27 İyul 2018    
Gecə Qərb Sahili bölgəsində baş verən terror hücumundan sonra İsrail ordusu bölgədəki əsgərləri sayını artırıb.

Ordu.az “Times of Israel”ə istinadən xəbər verir ki, ordunun terrorçulara qarşı bölgədə əməliyyat keçirməsi gözlənilir.

İsrail Müdafiə Qüvvələrinin mətbuat katibinin sözlərinə görə, ordu Qərb Sahilinə əlavə iki briqada göndərib.

Xatırladaq ki, gecə Fələstinin Kobar kəndindən İsrail ərazisinə sızmağı bacaran fələstinli şəxs mülki sakinlərin üzərinə hücum edərək 3 nəfəri yaralayıb, özü isə məhv edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qərb-sahili   Terror  


Bizi "telegram"da izləyin