Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı yerli mənbələr yayıb.
Məlumata əsasən ordu qüvvələrinin şəhəri azad etmək məqsədilə həyata keçirdiyi əməliyyatlar zamanı çox sayda İŞİD üzvü zərərsizləşdirilib.
Həmçinin buradan qonşuluqda yerləşən Cəlin şəhərinə gedən yol da ələ keçirilib.
Qeyd edək ki, Suriyanın cənub-qərbindəki Dera vilayətinin ən önəmli şəhərlərindən olan Müzeyrə 2 il öncə də terrorçu qruplaşmadan azad edilsə də qısa müddətdən sonra yenidən işğal olunub.
Dəyanət Ağalarlı
Ordu.az